Bakalavriat
Dövlət Proqramı dəstəyi ilə xaricdə təhsil almağa göstərdiyiniz marağa görə sizə təşəkkür edirik. Dövlət Proqramı çərçivəsində bakalavr təhsilinizin maliyyələşdirilməsi üçün seçim meyarları ilə tanış olmağınızı xahiş edirik.
Diqqət! Yalnız xarici ali təhsil müəssisəsindən qəbul məktubu aldıqdan sonra Dövlət Proqramında iddiaçı şəklində iştirak edə bilərsiniz!
- Dövlət Proqramı təqaüdçüləri
bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri
üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir.
- Dövlət Proqramı təqaüdçüləri
müraciət etdikləri təhsil səviyyəsi üzrə daha öncə Azərbaycanda dövlət sifarişi
əsasında və ya Proqram çərçivəsində xaricdə təhsilini başa vurmamış iddiaçılar
sırasından seçilir.
- Dövlət Proqramı təqaüdçüləri Azərbaycan gənclərinin 2015/2016-cı tədris ilində
xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisəsələrinin birindən qəbul məktubu
almış və ya hazırda təhsil alan iddiaçılar sırasından seçilir.
- Dövlət Proqramı təqaüdçüləri yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar
sırasından seçilir.
- Bakalavriat səviyyəsinin birinci ili üzrə
xaricdə təhsil almaq arzusunda olan gənclərin, Seçim Qaydalarının 2.1.4-cü bəndinə uyğun
olaraq, ölkədə ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda
(TQDK) iştirak etdikləri halda, texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə
600-dən yuxarı bal toplamış olarsa, sənədləri müsabiqədə iştirak üçün qəbul
ediləcəkdir.
- Artıq xaricdə təhsil alan
iddiaçıların, Seçim Qaydalarının 2.1.6-cı bəndinə uyğun olaraq, təhsil
aldıqları xarici ali təhsil müəssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta
balı 5 ballıq sistem üzrə 4 bal və ya bundan yuxarı olduğu (və ya təhsil aldığı
ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun
ekvivalenti üzrə) təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcəkdir.
- İlk dəfə ali təhsil almaq (bakalavr dərəcəsi)
məqsədilə xarici ali təhsil müəssisəsinə özü daxil olan və TQDK imtahanlarında
iştirak etməyən gənclərin, akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə
tanınan imtahan və ya olimpiada nəticələri (SAT, YÖS, qızıl/gümüş/bürünc medal
qalibi və s.) olduğu təqdirdə sənədləri
müsabiqədə iştirak üçün qəbul ediləcəkdir.
- Dövlət Proqramı təqaüdçüləri dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidirlər. Xarici dil tələbləri barədə daha ətraflı.
Qeyd – Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə dil və ya hazırlıq (foundation) kursları maliyyələşdirilmir.
Dövlət Proqramı seçimlərində iştirak etmək və elektron ərizəni doldurmaq üçün siz ilk öncə tələb olunan sənədləri toplamalısınız.