15.04.13
Oxunub: 1215
İslam
Əməkdaşlığı Təşkilatının Təhsil Mübadilə Proqramı çərçivəsində Pakistanın
İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2013-cü ilin payız sessiyası
üçün təqaüd proqramları təklif edilir.
Təqaüd
proqramları aşağıdakı ixtisaslar üzrə təklif edilir:
- Biologiya elmləri
- Kompüter elmləri
- Elektrik mühəndislik
- Riyaziyyat
- Fizika
- Meteorologiya
- İdarəetmə elmləri
Təqaüd
proqramları çərçivəsində təhsil pulsuzdur, yaşayış və nəqliyyat xərclərinə isə
63% endirim tətbiq olunur. Təyyarə biletləri üçün hər hansı bir ödəniş həyata
keçirilmir.
Təqaüd
proqramları barədə məlumat almaq və ərizəni yükləmək üçün bu internet ünvanına
müraciət edin: http://www.oic-oci.org/external_web/eep/ciit.html