3.04.13
Oxunub: 2419
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli
2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
xaricdə təhsil alan tələbələr "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 2.3-cü maddəsində göstərilən dövlət orqanları(http://www.csc.gov.az/aze/index.php?option=com_content&view=article&id=1801%3Adoevlt-qulluu-haqqnda&catid=54%3Aqanunlar-&Itemid=70&lang=az) istisna olmaqla, digər dövlət orqanlarında, o cümlədən də Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada
ödənişsiz təcrübə keçməyə dəvət olunurlar.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan və dövlət qulluğunda
çalışmaq istəyən şəxslər Komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri
Nərgiz İsmayılovaya ( n.ismayilova@csc.gov.az) müraciət etməklə yay tətilləri müddətində dövlət orqanlarında təcrübə keçmək
üçün qeydiyyatdan keçə bilərlər.
Diqqət: "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
çərçivəsində xaricdə təhsil almış şəxslərin müsabiqədən kənar dövlət qulluğuna
qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.