"Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələrin nəzərinə"2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyanın Düsseldorf universitetində "İqtisadiyyatın təşkili və idarəolunması" ixtisası üzrə bakalavr pilləsində təhsil almaq hüququ qazanmış Quliyev Samir Rəfael oğlunun adı icazəsi olmadan ali məktəbi dəyişdiyinə və bununla onun Təhsil Nazirliyi ilə imzaladığı müvafiq müqavilənin şərtlərini pozduğuna görə xarici ölkələrdə "Dövlət Proqramı" çərçivəsində təhsil alanların siyahısından çıxarılmışdır. |
Tez tez verilən suallar2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkədə təhsil almağın şərtləri barədə hansı sənədə müraciət edə bilərik?“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin Seçim Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s və 12 yanvar 2009-cu il tarixli, 7 s Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq həyata keçirilir Ümumiyyətlə yaş həddi nə qədərdir?Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin Seçim qaydaları”nın 1.2. bəndinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində yalnız bakalavr pilləsi üzrə 29 yaşınadək, magistratura, rezidentura və doktorantura pillələri üzrə isə 35 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşlarının təhsil almaq hüququ vardır. Mən xarici dil bilsəm də təhsil almağa getməmişdən öncə dil biliklərimi xaricdə daha da inkişaf etdirmək istərdim. Dövlət Proqramı çərçivəsində dil hazırlıq kursu keçə bilərəmmi?Təhsil alanın ali məktəbə şərtsiz daxil olması haqqında xarici ali məktəbin rəsmi təsdiqləyici sənədi təqdim olunduğu təqdirdə, təhsil alanın əsas təhsil pilləsində təhsilə başlamadan əvvəl dil və baza hazırlıq kursunda təhsili ilə bağlı xərcləri dövlət tərəfindən maliyyələşdirilə bilər. Lakin yalnız dil kursunda təhsil almaq Dövlət Proqramına aid müvafiq sənədlərdə nəzərdə tutulmamışdır. Türkiyə ali məktəblərinə Dövlət Proqramı ilə qəbul olmaq üçün nə etməliyəm?Dövlət Proqramı çərçivəsində Türkiyə, Rusiya, Böyük Britaniya və s. ölkələrin ali məktəblərinə Təhsil Nazirliyi tərəfindən mütəşəkkil şəkildə qəbul aparılmır. “Seçim qaydaları”nın 2.1.3. bəndinə uyğun olaraq təsdiq olunmuş prioritet ixtisaslar üzrə xarici ali təhsil müəssisələrinə özləri qəbul olanlar da Təhsil Nazirliyinə müvafiq sənədlərlə müraciət edə bilərlər. Qeyd etməliyik ki, bu halda Dövlət Proqramına qəbul şərtləri dəyişilməzdir. Dövlət Proqramı çərçivəsində təhsil aldıqdan sonra Azərbaycanda 5 il fasiləsiz işləmək məcburidirmi?Bəli və bu Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında imzalanan Müqavilədə öz əksini tapır. Xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycanda istənilən özəl müəssisədə işləyə bilərəm, yoxsa dövlət işi mütləqdirmi?Siz istənilən özəl və ya dövlət müəssisələrində işləyə bilərsiniz, əsas şərt həmin müəssisə Azərbaycan Respublikasında yerləşsin. Qeyd etməliyik ki, məzunların işlə təmin olunmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunacaq Qaydalara uyğun olaraq həyata keçiriləcəkdir. Təhsil alıb həmin xarici ölkədən geri qayıtmasam mənə ödənilmiş məbləğ geri qaytarılmalıdırmı və hansı müddətə?Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında imzalanan Müqaviləyə əsasən Təhsil alan Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda və ya təhsilini başa vurduqdan sonra 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və könüllü olaraq təhsilini davam etdirmədikdə, dövlət tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır. Dövlət Proqramına müraciət etmək üçün tələb olunan sənədlərdən xarici dil səviyyəsini müəyyən edən sertifikat vacibdir?Tələb olunan tədris dili imtahanının (TOEFL, İELTS və sair) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notarial qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); Tibb ixtisası üzrə TQDK tərəfindən ali məktəblərə keçirilən imtahanlardan 590 bal toplamışam. Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almaq üçün Təhsil Nazirliyinin elan etdiyi müsabiqələrdə iştirak edə bilərəmmi?Yox, iştirak edə bilməzsiniz. Çünki TQDK tərəfindən tibb ixtisası üzrə ali məktəblərə keçirilən imtahanlardan ən azı 600 bal toplayan tələbələr belə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər. Müstəqil şəkildə əgər hər hansı bir xarici ali məktəbdən dəvət alıramsa mən Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün müraciət edə bilərəmmi?Bəli müraciət edə bilərsiniz. Bununla əlaqədar olaraq xatırladırıq ki, təhsil üçün nəzərdə tutduğunuz təhsil müəssisəsi və ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2008-ci il tarixli, 204s və 12 yanvar 2009-cu il tarixli, 7 s Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı”na uyğun olaraq seçilməlidir. Dövlət Proqramı çərçivəsində təhsil alan tələbə hansı hallarda Dövlət Proqramından çıxarıla bilər?Dövlət Proqramı çərçivəsində təhsil alan tələbə imzalanmış Müqaviləyə uyğun olaraq müəyyən edilmiş təhsil xərcləri daxilində xarici təhsilini müvəffəqiyyətlə davam etdirmədikdə, Azərbaycan Respublikasının və təhsil aldığı ölkənin qüvvədə olan qanunvericiliyini, həmçinin ümumi qəbul olunmuş əxlaq və davranış qaydalarını pozduqda, qəbul edən tədris müəssisəsinin daxili intizam və yaşayış qaydalarına riayət etmədikdə, tədris müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planlarını və tədris proqramlarını yerinə yetirmədikdə və Müqavilədə nəzərdə tutulmuş bu kimi digər hallarda Dövlət Proqramı çərçivəsində təhsil almaqdan çıxarıla bilər. Dövlət Proqramı çərçivəsində təhsil alan tələbə Dövlət Proqramından çıxarıldığı təqdirdə tələbənin qarşısında hansı öhdəlik durur?Tələbə Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında imzalanan Müqaviləyə əsasən Təhsil alan Komissiya tərəfindən üzrsüz hesab edilən səbəblərə görə Təhsil Proqramından çıxarıldıqda Təhsil Nazirliyi tərəfindən onun təhsilinə çəkilən bütün faktiki xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarmalıdır. |
|


